03.08.2013 [14:27] - Sosial
"Azercell Telecom" MMC-nin şəbəkəsində mobil nömrələrin daşınması xidməti (MNP - Mobile Number Portability) yalnız layihəyə cəlb edilmiş qurum və təşkilatlar tam yoxlanıldıqdan sonra istifadə etmək mümkün olacaq. Bu barədə MMC-dən bildiriblər.
"Azercell Telecom"dan bildiriblər ki, şirkət ən qısa müddət ərzində işə salınacaq MNP xidmətinin tətbiqinə texniki cəhətdən hazırdır.
İlk dəfə xidmətin istismara verildiyi (avqustun 1-i) barədə "Bakcell" şirkəti bəyan edib. Şirkətdən bildiriblər ki, hazırda digər operatorların abonentləri Sim kartını və şəxsiyyət vəsiqəsini təqdim etməklə "Bakcell" abonent xidmətləri ofislərinə müraciət edə bilərlər.
Dünən "Azerfon" şəbəkəsində MNP xidmətinin işə salınması barədə xəbər öz təsdiqini tapıb. "Azerfon"dan Trend-ə deyiblər ki, hazırda digər şəbəkələrin bir neçə abonentləri artıq bu xidmətdən istifadə ediblər.
MNP xidməti pulsuz təqdim edilir. Digər operatorların şəbəkələrə miqrasiyası zamanı SIM-kartın əvəz edilməsi tələb olunur.
MNP xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə öz telefon nömrələrini saxlamaq imkanı verəcək.
Nömrənin daşınması operatorun ayırdığı prefiks ("050", "051", "055", "070" və "077") ilə birlikdə abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur.

Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |