Şrift:
Türkiyədə Suriya gərginliyi
05.08.2013 [10:06] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin Hakkari şəhərində axşam saatlarında bir araya gələn 40 nəfərlik qrup Suriyadakı hadisələrə etiraz etmək məqsədilə Qazi məhəlləsindəki yolda barrikada qurub.
"Zaman" qəzetinin verdiyi məlumata görə, polisə daş və müxtəlif əşyalar atan nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə olunub. Ara küçələrə dağılan etirazçılarla polis arasındakı qarşıdurma gecə saatlarına qədər davam edib.
Şanlıurfa vilayətinin Ceylanpınar rayonuna isə Suriya tərəfdən atılan raket düşüb, lakin partlamayıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Rasulayn rayonunda ara-sıra atışma səsləri eşidilir.
Bu xəbər oxucular tərəfindən 815 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed