Şrift:
Bəşşar Əsəd: Suriyada münaqişə bir neçə aya başa çata bilər
05.08.2013 [10:10] - Gündəm, Hərb
Əgər əhali ölkə ərazisində nizam-intizamı bərqərar etməkdə orduya fəal kömək etsə, Suriyada silahlı münaqişə bir neçə ay ərzində başa çata bilər. RİA Novostinin verdiyi məlumata görə, bunu Suriya Prezidenti Bəşşar Əsəd deyib.
Onun sözlərinə görə, ordu əhalinin fəal dəstək verdiyi rayonlarda daha çox uğur qazanır: "Hazırda qarşılaşdığımız bütün problemlər təhlükəsizlik məsələləri ilə əlaqədardır. Bu problemləri yalnız terrorizmə qalib gəlməklə həll etmək olar".
Dövlət başçısı artıq gələn ilin Ramazan ayına Suriyada sabitliyin bərqərar olacağına ümid etdiyini bildirib.
O, qeyd edib ki, ordu döyüş meydanında inanılmaz dərəcədə uğur qazanıb, terrorçu qruplaşmalar və onların xarici sponsorlarını isə müharibə əldən salıb:
"Döyüşçülərin əksəriyyəti dinc həyata geri dönmək xatirinə hakimiyyətə təslim olur, bəziləri isə hətta hökumət qüvvələrinin tərəfinə keçir".
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed