Şrift:
ABŞ terror təhdidlərinə görə 19 diplomatik nümayəndəliyin qeyri-iş gününü avqustun 10-dək uzadır
05.08.2013 [10:14] - Gündəm, Sosial
Bir sıra ABŞ səfirlik və konsulluqları terror təhdidləri ilə əlaqədar olaraq avqustun 10-dək bağlı qalacaqlar. RİA Novostinin verdiyi məlumata görə, bunu Dövlət Departamentinin nümayəndəsi Cen Psaki deyib.
Onun sözlərinə görə, 19 səfirlik və konsulluq bazar ertəsindən şənbə gününə qədər bağlanacaq. Daha 10 səfirlik bazar günü plandankənar istirahətdən sonra bazar ertəsi açılacaq.
Bundan əvvəl ABŞ açıqlanmayan terror təhdidləri ilə əlaqədar olaraq təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bəyan etmişdi.
Departamentin məlumatına görə, şənbə gününə qədər aşağıdakı diplomatik nümayəndəliklər bağlı olacaq:
Əbu Dabi və Dubay (BƏƏ), Əmman (İordaniya), Qahirə (Misir), ər-Riyad, Ciddə, Dəhran (Səudiyyə Ərəbistanı), Doha (Qətər), əl-Küveyt (Küveyt), Manama (Bəhreyn), Məsqət (Oman), Səna (Yəmən), Tripoli (Liviya), Antananarivu (Madaqaskar), Bujumbura (Burundi), Cibuti (Cibuti), Hartum (Sudan), Kiqali (Ruanda) və Port Lui (Mavriki). Dəkkə (Banqladeş), Əlcəzair, Nuakşot (Mavritaniya), Kabul, Herat, Məzari-Şərif (Əfqanıstan), həmçinin Bağdad, Bəsrə və Ərbildə (İraq) səfirlik və konsulluqlar isə bazar ertəsi açılacaq.
Bu xəbər oxucular tərəfindən 857 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed