Şrift:
Azərbaycan və İran parlamentlərinin spikerləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
05.08.2013 [10:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Milli Məclisin sədri Oqtay Əsədov bazar günü İran Parlamentinin sədri Əli Laricani ilə görüşüb.
İranın İSNA agentliyi xəbər verir ki, görüş İranın yeni Prezidenti Həsən Ruhaninin andiçmə mərasimindən sonra baş tutub.
Laricani görüşdə bildirib ki, iki ölkə arasında mövcud olan dost və qardaş münasibətlər dərin tarixi köklərə dayanır. O, həmçinin İranın region problemlərini həll etmək və stabillik yaratmaq üçün hər cür əməkdaşlığa hazır olduğunu vurğulayıb.
O.Əsədov bildirib ki, iki ölkə arasındakı dost münasibətlərinin inkişafı Azərbaycan üçün önəmlidir. O, İranın regionda təhlükəsizlik və stabilliyi qorumaqda, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında rolunu müsbət dəyərləndirib. O.Əsədov Azərbaycan Milli Məclisinin iki ölkənin iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrinin hərtərəfli inkişafının tərəfdarı olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İranın yeni Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edib.
Nümayəndə heyətinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Bu xəbər oxucular tərəfindən 959 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed