05.08.2013 [11:03] - Güney Azərbaycan xəbərləri, DAVAMın yazıları
Bu yöndə ölkənin bütün sahələrini nəzarətə almaq strategiyası ortaya qoyulmuşdur
Bu gün faktiki olaraq Tehrandan Quzey Azərbaycana yönəlik dini, siyasi, sosial, iqtisadi, humanitar, mədəni, elmi, hətta kriminal aləm baxımından qatı fars şovinizminə yönəlik bütün hədəflər sərgilənməkdədir. İlk öncə İranda təhsil almaq ilə adı çəkilən ölkəndə mollakratiya rejiminin maraqlarına uyğun kadrlar hazırlamaq hədəfi qoyulmuşdusa, indi ötən 22 il ərzində onminlərlə Azərbaycan gəncinin qafasını dini təhsil adı altında məharətlə yuyan Tehranın fars şovinizmi həmin zümrədən öz məqsədləri üçün sosial təbəqə kimi yararlanmağa başlamışdır.
Dini təhsil və ortaçağ fars şovinizmi hədəfləri
XI-XII yüzilliklərdə farslar islam dinini əski parn-urdu ideologiyasına uyğun biçimdə yuvarlaq hala gətirmək üçün, üç strateji hədəfi ortaya qoymuşdular. Bu, “Ələmut şeyxliyi” hərəkatı adı altında “ismaili” təriqətinin yaradılması, Səlcuqlu hakimiyyətinin içinə girərək zərif və incə strategiyanın dövlət siyasətinə yönəldilməsi, ədəbi-estetik anlamda mədəni baxışların dəyişməsinə nail olmaqdan ibarət idi. Farsların bu üç hədəfi Həsən Səbbah, Əbu Əli əl Həsən ət Tusi Nizamülmülk və Ömər Xəyyam fərqli yönlərdə tətbiq etmişdilər. Ancaq, həmin dönəmlərdə qüdrətli Türk dövlət sistemi bu hədəflərin ictimai və sosial xarakter daşımasına imkan vermədi. Farslar isə hər dəfə öz qılaflarını dəyişərək bu üç strategiyaya fərqli adlar qoymaqla fəaliyyətlərinə davam edirdilər. XVII-XVIII yüzlilliklərdə farslar öz tarixi vətənləri Hindistandakı mistik və mövhumatçı inanc kultunun qəlibində yeni dini-ideoloji konsepsiyanı tədrici yolla indiki İran, Qafqaz və Türküstanda dərviş-sofu strategiyasının hədəflərinə uyğun olaraq yaymağa başladılar. Bir tərəfdən qüdrətli Səfəvi imperiyasındakı bürokratiyanın çürüməyə başlaması, digər yandan “xəlvətilik” adı altında ölkədə narkomaniya və əxalqsızlığın dərinləşməsi farsların “parn-urdu” mədəni dəyərinin dravit əxlaq kodeksinin intişar tapması üçün imkanlar yarandı. Beləliklə türk dövlətçilik ənənəsi mistik mövhumatçı inanc kultu ilə ictimai xarakter daşımağa başladı. Bunun üçün də indiki İraq, Suriya, Livan və İran ərazisində həmin ehkamlara söykəmli yeni tədris mərkəzləri yaradıldı. Hətta bu tədris ocaqlarının çevrəsində inanc kultuna uyğun xüsusi ziyarətgahlar siyasəti güclənmiş oldu. Çünki, bu ziyarətgahlar və tədris ocaqları farsların ən gizli strateji niyyətinin gəlir mənbəyinə çevrildi. Beləcə fars şovinizminin texnologiyası parazitcəsinə yaşam tərzini uyğulamaq, digər yandan isə başqa toplumları bu strategiyanın içində əritməklə onları farsların “fərhənge bozorge ariyayi” (qüdrətli fars-ari mədəniyyəti) anlayışını institusional sistemə çevilməsinə səbəb oldu. Min ildən çox davam edən bu hədəflərə farslar 1924-cü ildə İranda bir zamanlar rusların, daha sonra isə ingilis zabitləri üçün mehtərlik etmiş Rza Pəhləvinin hakimiyyətə gəlməsi ilə nail ola bildilər. 1978-ci il 23 Bəhmən İnqilabına qədər pəhləvilər sadəcə etnosiyasi müstəvidə hər şeyi inkar etməklə qatı fars şovinizmi hədəflərini gerçəkləşdirməyə çalışdılar. Bu həqarətli siyasətlərə baxmayaraq, farslar ortaçağda qurmuş olduqları mistik-mövhumatçı ideologiyanı ehtiyatda saxlamış və bunu böyük devrim hədəfləri üçün yeni idarəetmə düzəninin konseptual proqramlarını həyata keçirməyə başladılar. İndi 35 ildir hakimiyyətə olan mollakratiya rejimi bu strategiyanı tətbiq etməkdədir. Sovetlər Birliyi çökdükdən sonra, bu hədəfləri Azərbaycan, Tacikstan, Türkmənistan, İraq, Suriya, Livan və Fələstində genişləndirməyə başlamışdır.
Azərbaycanda “paniranizm” virusu
İranın şiəlik və cəfərilik təriqəti adı altında Azərbaycanda tətbiq etdiyi əski parn-urdu fars mədəni yaşam tərzinin ideoloji stukturalizmə çevrilməsi üçün Tehran rejimi 1991-1999-cu illər arasında bu yöndə genişmiqyaslı təbliğat işinə hər il 150 milyon dollar vəsait xərcləyirdi. Beyinyuma strategiyasının sayəsində bu gün faktiki olaraq bütün dini işlər fars şovinizmi doktrinası əsasında idarə edilir. Dini-ideoloji pərdə altında bu şəbəkəni formalaşdıran Tehranın mollakratiya rejimi bunun ardınca cəmiyyətdə sosiallaşma və bu yöndə ictimai təşkilatlanma stukturlarını yaratmışdır. İndi Azərbaycanın elə bir guşəsini tapmaq olmaz ki, orada İranın fars şovinizminə uyğun müəyyən qruplaşmalar olmasın. Əhalinin ən ağır sosial həyat tərzində yaşayanlar üçünsə, Tehran rejimi İranda olduğu kimi uyuşdurucu qaçaqmalçılığı və narkomaniyanın çiçəklənməsi taktikasından istifadə edir. Son illər kommunikasiya vasitələrinin inkişafını nəzərə alaraq, Azərbaycanda bu dəfə İran elektron KİV-lər şəbəkəsini yaratmışdır. Buraya gündəlik informasiyalar əldə etmək, TV və radio kanallarını yaratmaq, Tehrandan idarə olunan xurafatçı ideologiyanı daha asanlıqla transfer etmək kimi hədəflər daxildir.
Azərbaycanda fars mədəniyyətinin ladına söykəmli mədəni siyasət artıq Bakıdakı bütün televiziya kanallarının əsas mövzusuna çevrilmişdir. Belə ki, saxtakarcasına uydurulmuş “meyxana” verilişlərinin sayının artırılması, “ilahi musiqi” qruplarının yaradılması hədəfin haradan intişar tapdığını bir daha təsdiq edir. Beləliklə farsların ladına söykəmli əhalinin daha da savadısızlaşması, bunun ardınca idarəolunan toplum konsepsiyası əsasında Azərbaycanda daha dərin hədəfin çağdaş modeli beləcə tətbiq olunmuşdur. Çünki, bu yöndə milli maarifləndirmə hədəfləri təəssüflər olsun ki, nə iqtidar, nə müxalifət, nə də bu yöndə mütəxəssis olan alimlər səslərini çıxarmamışlar və etirazlarını bildirməmişlər.
Bu gün fatiki olaraq, dini ədəbiyyatların hamısı Tehrandakı mollakratiya rejiminin elmi konsepsiyasına əsaslanmış məzmun daşımaqdadır. Adını “Qafqaz Müsəlmanları Ali Ruhani İdarəsi” qoymuş bu qurum sanki, fars şovinizminin Bakıdakı filialı kimi fəaliyyət göstərir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də yarandığı gündən indiyə kimi milli maraqlarımıza söykəmli heç bir ciddi addım atmamışdır. Milli Elmlər Akademiyası qeyri ciddi elm sayılan və “mərsiyə” ədəbiyyatı üzrə tədqiqatlar aparan Teymur Kərimli adlı birisini Nizami adına Ədəbiyyat İnstitutuna direktor vəzifəsinə təyin etmişdir. Beləcə Azərbaycanda mənəvi-mədəni irslə bağlı bütün stukturlar milli aşınma problemləri daha dərin çatlar əmələ gətirməkdədir. Təbii ki, bütün bunlardan məharətlə yararlanan tərəf isə İranın Azərbaycanda tətbiq etmək istəyidi “xomeynizm” ideologiyasının inkişafına təkan verilməsidir.
Siyasi və sosial hədəflərdə “xomeynizm”
Azərbaycanda İran tərəfindən xüsusi hazırlıqlar keçmiş və bu gün ölkənin ictimai-siyasi həyatında aktiv rol oynamaq iddiasını sərgiləyən çeşidli stukturlar fəaliyyət göstərir. Bu sırada “Azərbaycan İslam Partiyası” (AİP), “Mübariz Ruhanilər Hərəkatı”, “Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi” (DEVAMM), “Əhli Beyt Hərəkatı”, “Azərbaycan Birlik Təşkilatı”, “Qızılbaş Dindarlar Birliyi” və digər onlarca sayda qurumların rəhbərləri bir zamanlar İranda xüsusi təhsil almış vətəndaşlardan ibarətdir. İran həmin stukturları səfərbər edərək Azərbaycanda əhali arasında onların nüfuzunu artırmaq üçün Qarabağ mövzusunu daha çılpaq şəkildə özünün inhisarına almağa başlamışdır. Belə ki, AİP, QAT (Qarabağ Azadlıq Təşkilatı), ABT və onların yedəyində gedən dini təşkilatlar bir araya gələrək “Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı”nı yaratmışlar. Beləliklə Tehran rejimi Azərbaycanın işğal olunmuş ərazilərinin və Qarabağ probleminin həlli istiqamətində yeni və daha dərin problemlər yaratmağa başlamışdır. Çünki, ermənilər bu qurumun adında ehtiva olunan “islami” sözünü ictimailəşdirərək bütün dünyaya hayqırmağa başlamışlar: “Bizlər sadəcə erməni olduğumuz üçün deyil, həm də xristian olduğumuz üçün Azərbaycanın tərkibində yaşaya bilmərik. Çünki, İran tərəfindən dəstəklənən belə bir radikal dini təşkilatlanma ilə sonucda xristian erməni əhalisinə qarşı soyqırımlar törətməyə belə hazırdırlar. Livan və Fələstində İranın dəstək verdiyi terror təşkilatları nə deməkdirsə, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı da belə bir mahiyyəti daşıyır”.
Siyasi analitiklərin də qeyd etidiyi kimi, İranın əsas hədəfi Azərbaycanda siyasi, dini, mədəni və digər sahələrə dərindən nüfuz etməklə yanaşı, həmin şəbəkələri tədricən terrorizmə yuvarlatmaq hədəflərini ortaya qoyacaqdır. XI yüzildə ismali təriqəti və ələmut şeyxləri hərəkatı da yarananda onların hədəfləri terrorizmi daim önə çəkmək olmuşdur. Bu gün həmin terrorizm “cundullah”, “hezbollah”, “əməl” və digər təşkilatlar adı altında mövcuddur. Heç də sirr deyil ki, bu qurumlar İran tərəfindən maliyyələşdirilir. Cəmiyyətdə sosiallaşma proseslərini inkişaf etdirən İran hər zaman bu siyasətin ardında “xomeynizm”in prinsiplərini irəli sürmüşdür. Beləcə Azərbaycan siyasətində “Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı”nı yaratmaqla bu hədəflərə nail olmağa çalışılır.
Daralan çevrənin çöküşü
Son on ildə Orta Doğuda diktator rejimlərinin və terrorizmə dəstək verən dövlətlərin çöküşü ilə müşahidə olunur. Sırada İrandakı mollakratiyanın 35 ildir hakimiyyətdə olduğu teokratik xurafata söykənən rejimin də çökəcəyi şübhəsizdir. Buna görə də beynəlxalq birlik İrana qarşı son iki ildə daha sərt şəkildə davranmağa başlamışdır. Digər yandan isə, İranda lor, bəluc, gilək, kürd, türkmən, ərəb xalqları, Azərbaycan Türkləri pəhləvilərin 53 illik, mollkratların isə 35 illik milli zülm, ağır sosial-iqtisadi şəraitdə yaşamaq qanunlarına qarşı ciddi şəkildə təpki göstərməyə başlamışlar. Hər bir toplum özünün malik olduğu coğrafi sərhədlər daxilində yaşamaq tələbini irəli sürməyə başlamışdır. Öz dilində təhsil, mədəni və digər hüquqları tələb etməkdədirlər. Bu gün bir tərəfdən xalqların öz milli hüquqlarını tələb etməsi, digər yandan isə beynəlxalq birlik tərəfindən İrana qarşı irəli sürülən embarqolar mollakratiya rejiminin süqutunu daha da tezləşdirməkdədir. Tehran rejimi ən azından vaxt qazanmaq üçün yeni hədəflər irəli sürməyə məcbur olmuşdur. Quzey Azərbaycan üzərindən gözlənilən təhlükələrin qarşısını almaq, bütün diqqətin Güney Azərbaycana yönəldiyini neytrallaşdırmaq üçün süni şəkildə qurumlar yaradaraq gözlənilən problemlərin qarşısını almağa cəhd edir. İranda son iki ildə daxili milli valyuta dəfələrlə dəyərdən düşmüşdür. Ölkədə ərzaq qıtlığı təhlükəsi yaranmışdır. Milli gəlirlərin azalması sayəsində ölkədə kütləvi işsizlik halları yaranmışdır. Faktiki olaraq, əhali günahı elə mollakratların üzərinə yıxmaqda haqlı olduğuna inanmağa başlamışdır. İrana tətbiq edilən embarqonun həcmi artdıqca, rejimin çevrəsi də daralmağa başlamışdır. Tehran rejimi bunun fərqində olduğu üçün mümkün qədər “xomeynizm”in ixracına, onun əhatə dairəsinin daha da genişlənməsi üçün səylər göpstərir. Azərbaycan Respublikası da bu layihədə ona görə yer almışdır.
Güney Azərbaycan Strateji Tədqiqatlar İnstitutu (GASTİ

Bu xəbər oxucular tərəfindən 992 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |