Şrift:
Azərbaycanda bahalaşma müşahidə olunur
05.08.2013 [14:04] - Gündəm, Sosial
Dövlət Statistika Komitəsinin məlumatına görə, bahalaşma bir çox sahədə özünü göstərib


Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,7 faiz ucuzlaşıb. Əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1 faiz bahalaşıb.Dövlət Statistika Komitəsi xəbər verir ki, qeyri-ərzaq mallarının qiymətlərinin əvvəlki ayla eyni səviyyədə qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz ucuzlaşmasına səbəb olub.

Ay ərzində unun, qarabaşaq yarmasının, qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, sterilizə olunan üzlü südün, günəbaxan yağının və s. məhsullarının qiymətlərində bahalaşma müşahidə olunub.

İyul ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq və MDB reysləri üzrə hava sərnişindaşıma nəqliyyatı və ölkədən kənara dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.
Bu xəbər oxucular tərəfindən 908 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed