Şrift:
Üç milyondan çox miqrant Rusiyaya giriş hüququndan məhrum ola bilər
06.08.2013 [10:26] - Gündəm, Sosial
Rusiya qanunvericiliyini pozduqlarına görə 145 mindən çox əcnəbiyə bu ölkəyə girişinə qadağa qoyulub.Bu barədə jurnalistlərə Federal Miqrasiya Xidmətinin (FMX) xarici vətəndaşlarla işin təşkili departamentinin rəis müavini Dmitri Demidenko bildirib.





“2013-cü ilin əvvəlindən biz 145 mindən çox əcnəbiyə Rusiyaya girişinə qadağa tətbiq etmişik. Biz bu işi davam edəcəyik”, deyə Demidenko vurğulayıb.



Onun sözlərinə görə, FMX-nın informasiya resurslarına əsasən, Rusiya ərazisində müəyyən olunmuş vaxtdan çox qalan, əmək statusunu rəsmiləşdirməyən və risk qrupuna aid edilən miqrantların sayı 3 milyondan çoxdur.



“Gələcəkdə bütün bu şəxslər Rusiyaya giriş hüququndan məhrum olunmalıdır” deyə Demidenko bəyan edib.
Bu xəbər oxucular tərəfindən 947 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed