21.09.2011 [15:36] - Gündəm
20 ilə yaxındır ki, Azərbaycanda 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğu deyilir. Bu müddət ərzində qaçqın və məcburi köçkün ailələrində dünyaya gələn uşaqlar isə nəzərə alınmır. Ancaq bu ailələrdə dünyaya gələn uşaqların da doğum haqqında şəhadətnaməsində onların da məcburi köçkün olduqları qeyd edilir.
"Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslər) statusu haqqında" qanunun I maddəsində qeyd olunur ki, məcburi köçkün ölkə ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olaraq başqa yerə köçmüş şəxslər hesab olunur.
Ancaq Azərbaycanda məcburi köçkün statusu yalnız hərbi münaqişələr zəminində baş verən proseslər zamanı öz doğma yurd-yuvalarını tərk etməyə məcbur olan şəxslərə verilir. Texnogen və ya təbii fəlakət nəticəsində yurd-yuvasını tərk edənlərə bu status şamil olunmur.
Təbii fəlakət zamanı yaşayış yerini itirənlər də qaçqın sayılmalıdır
Köçkünlərə Pulsuz Hüquqi Yardım İqtisadi - Hüquqi Maarifçilik Mərkəzinin baş hüquqşünası Ağamirzə Bağırov hesab edir ki, qanunvericilik aktı hazırlananda beynəlxalq hüquqi sənədlərə, o cümlədən "Qacqınlıq statusu haqqında" qanunvericilik aktına istinad olunsa da, məcburi köçkünlərin vəziyyətini nizamlayan digər beynəlxalq sənədlər nəzərə alınmayıb. Məsələn, BMT-nin qətnaməsində həmin sənəd “Ölkə daxilinə köçürülmüş şəxslərin məsələləri üzrə rəhbər prinsiplər” adı altında göstərilib. O sənəddə də bildirilir ki, təbii fəlakət və texnogen hadisələr, hərbi münaqişələr zamanı yaşayış yerini itirənlər məcburi köçkün sayılmalıdır. Əgər bu sənədə əsaslansaq, Bayıl sürüşməsi, Kür çayının daşması və s. hadisələr zamanı məcburən yaşayış yerlərini tərk edənlərə də məcburi köçkün statusu verilməli idi. Ancaq məcburi köçkünlük statusunun əldə edilməsində hansı kriteriyaların mövcudluğu haqda prosedura sənədlər hazır olmadığından bu qisimdən olan şəxslərə status verilmir”.
Məcburi köçkünlərin övladları qaçqın deyil!
A. Bağırov hesab edir ki, köçkün statusunun verilməsinə son qoyulmalıdır: “1992 - 93-cü illərdə məcburən yaşayış yerlərini tərk edən ölkə vətəndaşları məcburi köçkün statusu əldə etdikdən sonra onlara humanitar yardımlar olunur, dövlət tərəfindən müəyyən güzəştlər verilir. Hazırda da hərbi təcavüz nəticəsində qaçqınlıq statusu əldə etmiş insanların ailə üzvlərinə status verilir. Nəticədə onlar da kompensasiyalar, bu və digər güzəştlər əldə edirlər. Bununla belə, köçkün ailələrində yeni doğulmuşların şəxsiyyət vəsiqələrində işğal edilmiş ərazilərin adlarının hazırkı yaşayış yerləri kimi qeyd olunur. Əgər ata-ana məcburi köçkündürsə, uşağın doğum şəhadətnaməsində atasının, yaxud anasının anadan olduğu yer, yəni Azərbaycanın işğal olunduğu yerin adı yazılır. İşğal olunmuş ərazilərin VVAQ orqanları fəaliyyət göstərdiyindən şəhadətnamə onlar tərəfindən verilir. Ona görə də həmin rayonun adı göstərilir və məcburi köçkünlərin övladlarına adıçəkilən status verilir Bu məsələdə mübahisəlidir və yenidən baxılmaya ehtiyac duyulur. Çünki həm köçkünlərin sayında çaşqınlıq yaradır, həm də maddi baxımdan xərclərin çoxalmasına şərait yaradır”.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də müraciət etdik. Qurumdan bu məsələ ilə bağlı konkret cavab ala bilməsək də, bildirildi ki qarşıdakı günlərdə məsələylə bağlı münasibət bildiriləcək.

Bu xəbər oxucular tərəfindən 1078 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |