Şrift:
Türkiyə Azərbaycana sərnişin gəmisi verdi
06.08.2013 [14:23] - Xəbərlər, Gündəm
Azərbaycan Höküməti üçün inşa edilən, 650 nəfərlik sərnişin gəmisi təntənəli şəkildə təqdim edildi
Türkiyənin Özata limanı və Asiya Dənizçilik qurumu Azərbaycana birlikdə inşa etdirdikləri sərnişin gəmisi verdi.Türkiyə mətbuatının verdiyi xəbərə əsasən, “Mirvari” adlı gəmini Azərbaycana təqdim etmək üçün Yalovanın Altınova mahalındakı Liman ərazisində tədbir təşkil olunub.

Tədbirə Yalovada Ədalət və İnkişaf Partiyasının millət vəkili Təməl Coşqun, Altınova Bələdiyyə sədri Mətin Oral, Özata limanının İdarə heyəti sədri Özdəmir Atasevən, azərbaycanlı Asiya Dənizçilik idarə heyətinin sədri Elçin Xəlilov da qatılıb.

Tədbir qonaqlara verilən iftar süfrəsi ilə başa çatıb
Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed