06.08.2013 [16:01] - Gündəm, İqtisadiyyat
Azərbaycanda bank sektoru inkişaf etsə də hələlik lazımi səviyyədə çatmayıb. Məlumat üçün bildirək ki, hazırda ölkədə 40-dan çox kommersiya bankı fəaliyyət göstərir ki, onların da nizamnamə kapitalı 2014-cü ildən başlayaraq 50 milyon manatdan az olmamalıdır. Bununla belə ölkəmizin sürətlə inkişaf etməsi buraya müxtəlif sahə üzrə ixtisaslaşan əcnəbiləri cəlb etdiyi kimi, xarici bankları da cəlb edir. Amma bu günə qədər Azərbaycanda azsaylı xarici bankların şöbələri fəaliyyət göstərir. Həmin bankı çıxmaq şərtilə ölkəmizdə digər əcnəbi bankların filialları yoxdur. Azərbaycan banklarına gəldikdə, onlar əsasən əhalidən əmanət almaq yolu ilə gəlir əldə edirlər. Halbuki, xarici bankların gəlirləri çoxsaylı digər mənbələrdən formalaşır. Aydın məsələdir ki, öz imkanlarını artıran bankların xaricə çıxması, başqa ölkə ərazisində filiallarını açması həm də onun imicilə bağlıdır. Bu mənada Azərbaycan banklarının xaricdə öz filiallarını açması istər-istəməz onlara müəyyən reytinq də gətirə bilər. Amma nədənsə ölkə banklarının bu istiqamətdə fəaliyyəti yox səviyyəsindədir. Görəsən, niyə Azərbaycan bankları xaricdə filiallarını açmırlar?
İqtisadçıların fikrincə, indiki halda xarici bankların ölkəmizdə filiallarının açılması yerli bank sektorunu müflisləşdirər: “Daha çox qonşu ölkələrin, Rusiya və Türkiyənin bank sektoru Azərbaycanda fəaliyyət göstərir. Amma inkişaf etmiş ölkələr, Amerika və Avropa Birliyini təmsil edən banklar isə hələlik Azərbaycan bank sektoruna daxil olmayıb. Bu heç də o anlama gəlmir ki, Azərbaycan bank sektoru xaricilər üçün cəlbedici deyil. Praktik olaraq Azərbaycan bank sektoru xaricilər üçün müəyyən mənada cəlbedici hesab oluna bilər. Çünki Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın ən böyük iqtisadiyyatıdır, bu da ölkəmizə bankların cəlb olunması üçün xeyli imkanlar yaradır. Lakin problem ondan ibarətdir ki, Mərkəzi Bank xarici bankların Azərbaycanın həmin sektoruna daxil olmasına müəyyən süni baryerlər yaradır. Mərkəzi Bank ondan ehtiyatlanır ki, bank sektoruna xarici kapitalın daxil olması yerli bankların müflis olmasına gətirib çıxara bilər. Ona görə də Mərkəzi Bank birmənalı şəkildə çalışır ki, ölkənin bank sektoruna xarici banklar daxil olmasın. Eyni zamanda, onu da nəzərə alaq ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Bu qurumun üzvü olmadığından Azərbaycan hələlik bütövlükdə bank sektorunun liberallaşdırılmasını həyata keçirmir. Aydındır ki, xarici bankların ölkəmizdə filiallarının açılmasına uzun müddət baryer qoymaq da olmaz. Bütün hallarda xarici bankların öz filialları vasitəsilə Azərbaycanın bank sektoruna daxil olmaları qaçılmazdır. Əvvəl-axır xarici banklar da ölkəmizin sözügedən sektoruna daxil olacaq”.
İndiki şəraitdə xarici bankların ölkəmizdə filiallarının yaradılması yerli bank sektorunun inkişafına əngəl olar. Xarici bankların ölkəyə gəlməsinin yerli banklar üçün çatışmayan cəhəti ondan ibarətdir ki, bu proses bank sektorunda rəqabəti gücləndirəcək. Bu gün Azərbaycan kommersiya banklarının təklif etdiyi kredit faizləri ən yüksək olmasına görə MDB məkanında ilk üçlüyə daxildir. Bu əsasda xarici bankların ölkəmizin bank sektoruna daxil olması birmənalı şəkildə bankların kredit faizlərinin aşağı düşməsi və onların daha ucuz kreditlər təklif etməsinə gətirib çıxaracaq. Bunun isə istehlakçı və real sektor üçün müsbət tərəfləri vardır. Çünki həmin halda real sektorun inkişafı dəstəklənəcək. Amma bahalı kredit siyasəti həyata keçirən bir sıra banklar isə müflis ola bilərlər, çünki onlar rəqabətdə uduzacaqlar.
Günel / davam.az

Bu xəbər oxucular tərəfindən 1128 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |