Şrift:
Rusiya miqrantsız yaşaya bilməz
21.11.2011 [09:49] - Gündəm
Dmitri Medvedev: "Ölkəmizə cəlb edilən əmək qüvvəsindən imtina edə bilmərik"

Rusiya əmək miqrantlarının axınına maneə törətmək niyyətində deyil. Bununla belə Moskva onları ölkədə mövcud adət-ənənələrə riayət etməyə çağırır. RİA Novosti agentliyinin məlumatına görə, belə bir bəyanatla Rusiya prezidenti Dmitri Medvedev çıxış edib. Miqrantların Rusiyada çox mühüm əmək funksiyasını yerinə yetirdiyini deyən prezident qeyd edib ki, ölkəyə işləməyə gələn insanlar Rusiya dövlətinə iqtisadi vəzifələri yerinə yetirməyə kömək edir.

“Lakin onlar onlar dünyavi dövlətimizin qanunlarına əməl etməlidir. Miqrantlar çox mühüm əmək funksiyasını yerinə yetirir. Bunun əksini sübut etməyə çalışanlar isə yalan danışır. Bir daha qeyd etməliym ki, biz cəlb edilən əmək qüvvəsindən imtina edə bilmərik. Eyni zamanda ölkəmizə işləməyə gələnlər adət-ənənələrimizi bölüşməli, rus dilini bilməli, Rusiya qanunlarına hörmət etməlidir”, - deyə Medvedev vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 928 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed