07.08.2013 [11:12] - DAVAMın yazıları
Enerji ehtiyatları baxımından zəngin olan və coğrafi baxımından Rusiya ilə Çinin böyük üstünlüyünün olduğu Xəzər hövzəsi uğrunda qlobal və regional güclərin mübarizə güclənir. Orta Asiya-Qafqaz arasında əlaqəni təmin edən və çox əhəmiyyətli enerji ehtiyatlarının olduğu bölgəyə liderliklə bağlı qeyri-müəyyənlik də davam edir. Türkiyənin Beynəlxalq Siyasi Akademiyasının internet səhifəsində yerləşdirilən yazıda məhz bu mübarizədən bəhs edilib. Həmin yazını oxuculara təqdim edirik.
Xəzərin hüquqi statusu ilə bağlı 3 yanaşma
Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran tərəfindən əhatələnən Xəzər sahilinin ümumi uzunluğu 7000 kilometri keçir. Xəzərin qapalı bir hövzə olması onun statusunun dəniz, yoxsa göl olması ilə bağlı qeyri-müəyyənlik yaradıb. Neft və təbii qaz ehtiyatları baxımından çox zəngin olması və kəşf edilməsini gözləyən çoxlu sayda neft-təbii qaz yatağının olması Xəzərin statusunu ön plana çıxarır.
Xəzər dənizinin hüquqi statusunu təyin edilməsi zamanı 3 əsas yanaşma ortaya çıxıb. Bunlardan birincisi, beynəlxalq quru sərhədlərinin orta xətt boyunca dənizə qədər uzadılması ilə milli sektorların yaradılması və sahil dövlətlərin özlərinə aid milli sektorlar daxilində hər cür suverenliyə və haqqa sahib olmasıdır. Bu yanaşmaya Rusiya və Qazaxıstan qarşı çıxır. İkinci yanaşma isə 1982-ci il tarixli BMT Dəniz Hüququ üzrə Müqaviləyə uyğun olaraq hər bir ölkə üçün 12 millik dəniz suları nəzərdə tutur, qalan ərazi isə sahil ölkələrinin ümumi istifadəsinə verilir. Türkmənistan ilə İran bu yanaşmaya müsbət yanaşır. Xəzərin hüquqi statusu mövzusunda ortaya qoyulan üçüncü yanaşma isə dənizin beş ölkə arasında bərabər bölünməsini nəzərdə tutur. İranın irəli sürdüyü bu həll yoluna Xəzərlə ən uzun sahili olan dövlətlər Qazaxıstan və Rusiya qarşı çıxır. Mövcud bölünmədə yalnız Qazaxıstanın payı 20 faizdən çoxdur. İran ilə sərhədi olan Azərbaycan və Türkmənistan kimi ölkələr öz paylarından İrana təhvil verəcəyi halda özlərinə qonşu olan Qazaxıstandan pay ala bilməyəcəyini bildikləri üçün bu yanaşmanın əleyhinədir.
Status razılaşmaları və Aşqabadın “Abşeron yarımadası” iddiası
Rusiya Xəzərdə qonşusu olduğu Qazaxıstan və Azərbaycan ilə razılaşaraq problemi həll etmək istəyir. Çünki, Rusiya problemin davam etməsinin bölgədəki ehtiyatların istifadəsinin gecikməsinə səbəb olduğunu düşünür, eyni zamanda Azərbaycanın ABŞ və Avropa İttifaqına yaxınlaşmasından narahatlıq keçirir. Azərbaycan Xəzəri bir "göl" olaraq qəbul edir və bu gölün sahil ölkələri arasında “milli sektorlara” uyğun olaraq bölünməsinin tərəfdarıdır. Azərbaycan və Türkmənistanın tezislərin bir-birinə olduqca yaxın olmasına baxmayaraq iki ölkə arasında ciddi bir anlaşılmazlıq da var. İki ölkə arasındakı anlaşılmazlığın əsas nöqtəsi “orta xəttin çəkilməsi” mərhələsində ortaya çıxır. Türkmənistan Azərbaycanın Abşeron yarımadası vasitəsilə Xəzərin dərinliklərinə doğru daxil olduğunu, buna görə də Azərbaycan ilə özü arasında orta xəttin çəkilməsi zamanı Abşeron yarımadasının nəzərə alınmamasın lazım olduğunu bildirir. İki ölkə arasındakı anlaşılmazlıq səbəbi ilə “Kəpəz” və “Azəri-Çıraq” yataqları mübahisəli hesab olunur. Azərbaycanın nəzarətində bu yataqlar Türkmənistanın iddiaları qəbul olunacağı halda Türkmənistana aid milli sektora daxil olacaq. Qazaxıstan Xəzərin şimalında Rusiya ilə yaşaya biləcəyi anlaşılmazlığı həll etmək üçün bu ölkə ilə bir müqavilə bağlamış, iki ölkə dəniz sərhədlərinin müəyyən olunmasında “orta xətt” prinsipinə söykənərək sərhəd bölgəsindəki enerji yataqlarının bərabər istifadəsində razılaşmışdır. Qazaxıstan bənzər bir razılaşmanı Azərbaycan ilə də əldə edib. Yəni, Xəzərin şimalındakı bölgü istiqamətində bir konsensusun olduğu deyilə bilər. Amma Rusiya enerji şirkəti “Lukoyl”un Rusiya-Qazaxıstan sərhədini keçdiyi üçün Qazaxıstanın Rusiyaya dəfələrlə nota verdiyini də bilirik.
İranın hədəfi Azərbaycandır
İranın Xəzərin beş bərabər hissəyə bölünməsini nəzərdə tutan prinsipi əldə bayraq tutması etirazla qarşılanır. İranın Xəzərdəki paylaşma mübarizəsi çərçivəsindəki hədəfinin Azərbaycana zərər vermək, bu ölkənin iqtisadi inkişafının arxasındakı ən əhəmiyyətli silah olan enerji ehtiyatlarının rolunu zəiflətmək olduğu da ortadadır. Bu baxımdan İranın Xəzərdə Azərbaycanla problem yaşayan Türkmənistana dəstək verdiyini də görürük. İran Azərbaycanın Xəzərdəki enerji ehtiyatları çərçivəsində Türkiyə, Avropa İttifaqı və ABŞ ilə əməkdaşlıq etdiyini görür və bunun Rusiyada da narahatlıq doğurduğunu bildiyi üçün Rusiya ilə də Xəzər oxunda uyğunlaşmağa çalışır. İran Azərbaycan ilə Xəzərdəki sərhədin qeyri-müəyyən olmasından faydalanaraq müəyyən vaxtlarda Azərbaycan ilə əldə etdiyi razılaşmalar çərçivəsində fəaliyyət göstərən “Exxon” və BP kimi Qərb şirkətlərin gözünü qorxutmaq üçün hərbi təlimlər keçirib.
Son günlər Xəzərdəki paylaşma mübarizəsini yenidən ön plana çıxaran hadisələrin başında Rusiya ilə İranın dənizdəki təsirini gücləndirmək üçün birgə hərbi təlimlərin keçirilməsi qərarı gəlir. Rusiya və İran xüsusilə ABŞ-ın Xəzər ətrafında artan fəaliyyətindən narahatdır. ABŞ-ın Azərbaycan ilə inkişaf etdirdiyi müttəfiqlik əlaqələri və Əfqanıstandan çəkilmə mərhələsində Özbəkistan-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan marşrutundan istifadə edəcəyini bildirməsi Xəzərdəki nüfuzunun azalmasından qorxan Rusiya ilə ətrafın daraldığını hiss edən İranın təlaşına səbəb olub. ABŞ-ın Xəzərdə hərbi dəniz bazası yaratmaq istiqamətində işlər görməsi və Vaşintronun Qazaxıstan və Azərbaycana yaxınlaşa biləcəyi fikri Moskva və Tehranı yaxınlıqda olan təhlükənin qarşısını almaq üçün birləşməyə vadar edir.
Avroatlantik ittifaq Xəzər hövzəsinə Türkiyə, Azərbaycan və hətta Qazaxıstan ilə inkişaf etdirmək istədiyi əlaqələr vasitəsilə daxil olmağa çalışır. Ancaq Rusiya və İranın Xəzərdə həyata keçirəcəyi buirgə hərbi təlimlər göstərir ki, bu cəhd olduqca çətin keçəcək və reallaşsa belə bu uzunmüddətli olacaq.
Ömər Əmirov

Bu xəbər oxucular tərəfindən 926 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |