Şrift:
Pan Gi Mun və Misirin xarici işlər naziri arasında telefon danışığı olub
07.08.2013 [11:47] - Xəbərlər, Siyasət
BMT-nin Baş katibi Pan Gi Mun və Misirin xarici işlər naziri Nəbil Fəhmi arasında telefon danışığı olub. "Anadolu" agentliyinin verdiyi məlumata görə, danışıq zamanı Misirdəki mövcud vəziyyət müzakirə obyekti olub.
Məlumatda deyilir ki, Pan Gi Mun bütün növ şiddətə qarşı olduğunu dilə gətirib və misirlilərin ifadə və toplaşmaq azadlığının qorunmasının vacibliyini önə çəkib.
Mursinin azad edilməsinə çağırış edən Pan Gi Mun, həmçinin Misirin gələcəyi baxımından indiki liderlərin üzərinə böyük məsuliyyətin düşdüyünü də ifadə edib.
Bu xəbər oxucular tərəfindən 914 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed