Şrift:
Qondarma erməni soyqırımı yenidən Amerika Konqresinə çıxarılır
07.08.2013 [12:11] - Gündəm, Siyasət
Bir qrup konqresmen uydurma soyqırımın tanınması üçün təşəbbüs qaldırıblar.
ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresində yenidən qondarma erməni soyqırımı məsələsi gündəmə gələ bilər.Erməni mətbuatının verdiyi məlumata görə, bir qrup konqresmen qondarma soyqırımın tanınması üçün təşəbbüs qaldırıblar.
Amerika ermənilərinin Milli Komitəsinin (ANCA) məlumatına görə, uydurma soyqırımı dəstəkləyən konqresmenlər arasında Eliot Enqel, Skot Harrett, Raş Holl, Stiv İzrael, Nita Loui, Devin Nyuns, Bred Şerman, Kris van Hollen,Henri Vaksman və başqaları var.
Qeyd edək ki, erməni lobbisi dəfələrlə qondarma erməni soyqırımı məsələsinə ABŞ Konqresində "soyqırım” kimi tanınmasına dair qətnamə layihəsini təqdim edib. Türkiyənin apardığı güclü lobbi fəaliyyətləri sayəsində layihə gündəliyə çıxarılmayıb.
Bu xəbər oxucular tərəfindən 983 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed