Şrift:
Ergenekon işilə bağlı hökmlər çıxarıldı!
07.08.2013 [12:51] - Gündəm, Türk dünyası-Turan
Türkiyə məhkəməsi sabiq ordu generalı İlkər Başbuğu ömürlük, onlarla digər yüksək rütbəli şəxsi isə ölkənin islamçı hökümətinə qarşı çevriliş cəhdində ittiham edərək, uzun müddətli həbs cəzalarına məhkum edib.
Təqaüddə olan ordu general İlkər Başbuğ haqqında hökm çıxarılan 250 digər şəxs arasında ən tanınmış fiqurdur. Onlar baş nazir Rəcəp Tayyib Erdogan hökümətinə qarşı çevrilişə cəhd göstərən "Ergenekon" qrupunda rollarına görə ittiham olunublar.

Hakimlər həmçinin müxalif Cumhuriyyət Xalq Partiyasından üç millət vəkilini 12 illə 35 il arasında həbs cəzasına məhkum edib və 21 nəfərə bəraət qazandırıb.

Məhkumlar arasına ordu komandirləeri (fərmandehləri), siyasətçilər, alimlər və jurnalistlər var.
Beş il davam edən məhkəmə prosesi ölkənin dünyəvi elitası (zümrə, teyf) ilə hakimiyyətdə olan cənab Erdoğanın islam yönümlü AKP partiyası arasında ən böyük gərginliyə səbəb olub.
Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed