07.08.2013 [13:16] - İqtisadiyyat
Bu ilin altı ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əsaslı xərclərə 26 mln. ABŞ dolları sərf edilib.
«BP-Azerbaijan»dan “APA-Economics”ə verilən məlumata görə, bütün il üçün isə əsaslı xərclər 97 mln. dollar təşkil edəcəyi planlaşdırılır.
BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 mln. bareldir. 2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından bu ilin birinci yarısının sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 229 mln. ton (təxminən 1 715 mlrd. barel) xam neft Ceyhanda 2227 tankerə yüklənilib və dünya bazarlarına göndərilib.
İlin ilk yarım ilində ərzində BTC vasitəsilə 17 mln. ton (127 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 166 tankerə yüklənərək bazarlara yola salınıb.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən Azəri-Çıraq-Günəşli nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur.
Qeyd edək ki, “BTC Co.”-nun səhmdarlarına BP (30,1%); AzBTC (25.00%); “Chevron” (8,90%); “Statoil” (8,71%); TPAO (6,53%); ENİ (5,00%); “Total” (5,00%), “İtochu” (3,40%); İNPEKS (2,50%), “ConocoPhillips” (2,50%) və “ONGC (BTC) Limited” (2,36%) şirkətləri daxildir.

Bu xəbər oxucular tərəfindən 1032 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |