21.11.2011 [13:16] - Gündəm
Azərbaycan Qazaxıstan üçün mühüm tərəfdaşdır. Bu barədə bazar ertəsi Qazaxıstanın Baş naziri Kərim Məsimov Astanaya Avropa və Asiya Media Forumunda (AAMF) iştirak etmək üçün gələn MDB ölkələrinin bir sıra aparıcı KİV rəhbərləri ilə görüşündə deyib.
"Azərbaycan Qazaxıstan üçün mühüm tərəfdaşdır. Bizə Xəzər məsələləri və karbohidrogenlərin nəqlində Azərbaycanla əməkdaşlıq etmək çox vacibdir", - K.Məsimov iki ölkə arasında əməkdaşlığın dinamikası haqqında suala cavab verərkən deyib.
Məsimovun sözlərinə görə, Qazaxıstanın Rusiya ərazisindən karbohidrogenləri tam həcmdə ənənəvi yolla nəql etməsi ölkə üçün çox vacibdir: "Amma enerji resurslarının və malların digər marşrutları, o cümlədən Azərbaycan ərazisindən nəqli bizim üçün vacibdir. Biz başqa dövlətlərin, eləcə də Çinin ərazisindən istifadə etməyə cəhd edirik".
Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan inkişaf dinamikasına görə oxşardırlar və Qazaxıstan tərəfi gələcək əməkdaşlıqda maraqlıdır.
Bazar ertəsi Astanada "Müstəqiliiyin 20 ili: KİV və cəmiyyət" devizi altında 6-cı Avropa və Asiya Media Forumu (AAMF) öz işinə başlayıb. Noyabrın 22-dək davam edəcək forumun təşkilatçısı kimi Rusiyanın media holdinqi RİA Novosti çıxış edir.
Forumda MDB, Baltikyanı ölkələrin və Gürcüstanın məşhur KİV-lərinin rəhbərləri, siyasətçilər və ictimai xadimlər, milli jurnalistika ittifaqlarının rəhbərləri, informasiya siyasəti üzrə 250-dən artıq mütəxəssis bir araya gələcəklər.
Forumda Azərbaycan KİV-ini "Exo" qəzetinin baş redaktoru Rauf Talışinski, Trend BİA-nın baş direktoru İlqar Hüseynov, "Səs" qəzetinin baş redaktoru və Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, "Zerkalo" qəzetinin baş redaktorunun müavini Tofiq Abbasov təmsil edirlər.
AAMF-nin əsas mövzuları informasiya texnologiyalarının sürətli inkişafı şəraitində mass-medianın fəaliyyət xüsusiyyətləri və müasir dünyanın informasiya cəmiyyətinə çağırışlardır. Dövlətlərarası iqtisadi birliklərin inkişaf perspektivləri də diqqət mərkəzində olacaq.

Bu xəbər oxucular tərəfindən 916 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |