Şrift:
ABŞ xüsusi xidmət orqanlarının fəaliyyəti barədə yeni məxfi məlumatlar açıqlanacaq
10.08.2013 [10:30] - Xəbərlər, Siyasət
ABŞ hakimiyyəti cəmiyyətin narahatçılığını aradan qaldırmaq üçün xüsusi xidmət orqanlarının fəaliyyəti barədə mümkün olan qədər məlumat açıqlayacaq. RİA Novosti saytının verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Barak Obama bəyan edib.
"Biz daha şəffaf olmalıyıq. Bu səbəbdən mən kəşfiyyat idarəsinə mümkün olan qədər çox məlumat açıqlamağı tapşırdım. Biz artıq Milli Təhlükəsizlik Aagentliyi barədə bir sıra məxfi məlumatları açıqlamışıq. Lakin biz daha da irəli gedə bilərik", - Obama deyib..
Onun sözlərinə görə, MTA-da vətəndaşların hüquq və azadlıqlarına cavabdeh olan vəzifəli şəxs olacaq. "Bundan başqa, xüsusi internet sayt yaradılacaq ki, burada daha açıq şəkildə məlumatlar yerləşdiriləcək", - ABŞ prezidenti deyib.
Bu xəbər oxucular tərəfindən 817 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed