Şrift:
ABŞ-da Qazaxıstanlı iki tələbə Bostondakı terrorla bağlı ittiham olunub
10.08.2013 [10:40] - Gündəm, Hadisə
ABŞ-ın məhkəmə orqanları Qazaxıstanlı iki tələbəni Boston marafonunda törədilmiş terror aktının araşdırılmasında əngəl törətməkdə ittiham ediblər. RİA Novosti agentliyinə, bu barədə ABŞ-ın Massaçusets ştatının prokurorluğu cümə axşamı məlumat verib.
Azamat Tajayakov və Dias Kadırbaev hələ mayın əvvəlində saxlanılıblar. FTB-nin məlumatına görə, onlar öz yoldaşı, terror aktının icraçılardan biri ehtimal olunan, Cohar Tsarnayevin otağında dəlilləri məhv etməyə çalışıblar, RİA Novosti məlumat verir.

Tamerlan və Cohar Tsarnayev qardaşları aprelin 15-də Bostonda keçirilən xeyriyyə marafonunda terror aktının təşkilində ittiham olunurlar. Nəticədə üç nəfər həlak olub və 200 nəfər yaralanıb.
Cohar aprelin 20-də saxlanılıb, sonradan ona ittiham irəli sürülüb. Tamerlan aprelin 19-da polislə atışmada aldığı yaralardan dünyasını dəyişib.
Bu xəbər oxucular tərəfindən 831 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed