11.08.2013 [11:58] - Gündəm, Sosial
Xəbər verildiyi kimi, Azərbaycanda mövcüd olan aqrar bazarlar bağlanacaq. Aqrar bazarları isə marketlər əvəz edəcək. Bazalrın ləğv olunması ilə bağlı məsələ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub.
Nazirliyin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev mətbuata açıqlamasında bildirib ki, istehlakçıların kənd təsərrüfatı məhsulları ilə təminatı sahəsində bu yeni mərhələyə keçmək üçün ilk növbədə yerlərdə tədarük satış məntəqələri yaradılmalıdır: "Bu tədarük satış məntəqələri sifarişçilərlə müqavilələr əsasında işləməlidir. Məsələn, qrafik üzrə təyin olunmuş vaxta qədər tədarük bazası sifarişçi üçün məhsulları istehsalçıdan təzə-təzə alır və sonra sifarişçiyə tədarük edir. Belə olan halda kəndli də əziyyət çəkmir".
Ancaq ekpertlərin bir qismi aqrar bazarların ləğv olunmasının tərəfdarı olduğunu deyir, qalanı isə bunun əksini düşünür.
Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, bazarların bağlanması xəbəri inandırıcı deyil: "Bazarların bağlanması haqqında sərəncamın veriləcəyi xəbərinə inanmıram. Sərəncam verilərsə, onda kənd təsərrüfatı məhsulları hara köçürüləcək, necə nəzarət olunacaq? Bəlli məsələdir ki, kənd təsərrüfatı məhsulları çox tez xarab olur. Belə bir təklif səsləndirilir ki, tədarükçü təzə məhsulu marketçilərə təhvil verəcək. Tədarük korparasiyası yaranacaq. Bu tədarük korparasiyası aqrar məhsulu kəndlidən alıb marketçiyə təhvil verəcək".
V.Məhərrəmov köhnələn məhsulların konserv zavoduna göndərilməsi ideyasını müsbət qarşılamadı. Onun fikrincə, məhsulun müddəti keçəndən sonra emala göndərilməsi düzgün deyil: "Çünki emala göndərilən məhsul təzə olmalıdır. Emal müəssisələri market və mağazaların zay məhsulunu emal etməyəcək ki?".
Ekspert hesab edir ki, bu gün kənd təsərrüfatı məhsullarının istehsalında problem yaşanır: "Kənd təsərrüfatı naziri çalışmalıdır ki, aqrar siyasətində müəyyən dəyişiklik etsin. Yəni istehsala daha çox fikir versin. İstehsal olunan məhsulun tədarükündə də problem var. Bu sahədə də çalışmaq lazımdır ki, müstəqil şəkildə fəaliyyət göstərən tədarükçülərə maneə yaradılmasın. Rəqabət mühitində öz məhsulunu sata bilsin. Bazarlarda ciddi problem var. Yəni bazarlar yerləşən ərazi çox dar məkandır. Nəqliyyat sahəsində problem yaşanır".
Həmsöhbətimiz qeyd etdi ki, bu gün kəndli öz məhsulunu satmaqda ciddi problem yaşayırsa, bunu yoluna qoymaq üçün Bakı və digər böyük şəhərlərdə kənd təsərrüfatı bazarlarını çoxaltmaq, genişləndirmək lazımdır: "Nəticədə kəndli də öz məhsulunu normal şəraitdə sata bilər və alıcılarla ünsiyyətdə olar. Belə olan halda kəndli öz məhsulunun dəyərini müəyyənləşdirə biləcək və məhsulun keyfiyyətini yüksəldərək onu istehlakçının zövqünə uyğun yetişdirə biləcək. Kəndli həmçinin məhsulunu sataraq gəlir əldə edə biləcək".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bazarlar ləğv oluna bilməz. Onun sözlərinə görə, dünya ölkələrində kənd təsərrüfatı məhsullarını realizə olunmasının müxtəlif formaları var: “Elə ölkələr var ki, məsələn, Kanada, ABŞ-ın bəzi ştatlarında kənd təsərrüfatı üzrə ixtisaslaşmış supermarketlər fəaliyyət göstərir. Lakin bir çox ölkələrdə, xüsusən Polşa, Fransa, MDB respublikalarında kənd təsərrüfatı bazarları mövcuddur. Sadəcə bizdəkilər kimi onların bazarlarında antisanitar şərait hökm sürmür”.
Müsahibmiz hesab edir ki, Azərbaycan qarşıq bir yol seçməlidir. Həm bazarlar, həm də supermarketlər olmalıdır: “Lakin belə olan halda da kənd təsərrüfatı məhsulların qiyməti yuxarı qalxacaq. Çünki supermarketlərin özündə cəmiyyətin bilmədiyi problem yaşayır. Onların sahiblərinin qəbuluna düşmək qeyri mümkündür. Supermarketlərdə sahibkarlar rəfi satırlar, icarəyə vermirlər. Biri tutaq ki, yemiş gətirib satmaq üçün yer istəyəndə, digər həmin məhsulu satan əlavə 1000 manat təklif edir ki, başqasına imkan verilməsin. Təchizatçı ilə supermarket sahibi arasında böyük oyunlar gedir. Bu da malların qiymətinə təsir göstərən faktordu”.
Aytən İsaqızı

Bu xəbər oxucular tərəfindən 998 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |