11.08.2013 [15:51] - Xəbərlər, Özəl xəbər
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bazar günü keçirilən iclasında Azadlıq Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Əhməd Abdul oğlu Orucovun prezidentliyə namizədliyi təsdiq edilib.
İclasda həmçinin Azadlıq Partiyasının səlahiyyətli nümayəndəsi də qeydə alınıb.
Bundan əlavə, iclasda MSK-nın 26 iyul, 2 avqust və 10 avqust tarixli iclas protokolları təsdiq edilib.
İclasda həmçinin bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib. Daha sonra cari məsələlərlə baxılıb.
İclasda danışan MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Məmmədmübariz oğlu Əlizadənin namizədliyinin qeydə alınması ilə bağlı müracit daxil olub. Onun və başqalarının sənədləri tam qaydasında olmadığına görə, növbəti iclaslarda onlara da baxılacaq.
Qeyd edək ki, 6 prezidentliyə namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadədir.
Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyi MSK-nın şənbə günü keçirilən iclasında təsdiq edilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.
Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.
MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |