Şrift:
Türkiyə və İranın XİN rəhbərləri Livanda “THY” pilotlarının oğurlanmasını müzakirə ediblər
13.08.2013 [21:26] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu öz iranlı həmkarı Əli Əkbər Salehi ilə telefon danışığı aparıb. Bu barədə "Anadolu" agentliyi bildirir.
Məlumatda bildirilir ki, telefon danışığı zamanı "Türk Hava Yolları" (THY) aviaşirkətinin pilotlarının oğurlanması məsələsi müzakirə olunub.
Bundan əlavə, Davudoğlu və Salehi o cümlədən Misir, Livan və Suriyadakı vəziyyəti müzakirə ediblər.
Xatırladaq ki, "Türk Hava Yolları" aviaşirkətinin iki pilotu Livanın paytaxtı Beyrutda oğurlanıb.
Bu xəbər oxucular tərəfindən 746 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed