Şrift:
AB Misirdə fövqəladə vəziyyətin ləğv edilməsini tələb edir
15.08.2013 [09:59] - Gündəm, Siyasət
Avropa Birliyi Misirdəki zorakılığı pisləyir və tətbiq olunmuş fövqəladə vəziyyətin ləğv edilməsini tələb edir. RİA Novostinin verdiyi məlumata görə, AB-nin xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton bu barədə bəyanatla çıxış edib.
"Qahirədə və bütün Misirdə baş vermiş zorakılığı ciddi şəkildə pisləyirəm. Mən təhlükəsizlik orqanlarını dözümlü olmağa, müvəqqəti hökuməti isə ölkədəki fövqəladə vəziyyəti ləğv etməyə çağırıram" - deyə o əlavə edib.
Qeyd edək ki, Misirdə qarşıdurmaların 3 minədək qurbanı var. Hadisələr nəticəsində 43-ü polisi olmaqla, 278 nəfər həlak olub.
Bu xəbər oxucular tərəfindən 986 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed