Şrift:
“VII Liderlik Məktəbi-Nəqşicahan”ın iştirakçıları Naxçıvanın tarixi-mədəni abidələrini ziyarət ediblər
15.08.2013 [11:35] - Xəbərlər, Mədəniyyət
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqustun 11-18-də həyat keçirdiyi "VII Liderlik Məktəbi-Nəqşicahan"ın iştirakçılar Naxçıvan şəhərinin tarixi-mədəni abidələrini ziyarət ediblər.
ATGTİ-dən verilən məlumata görə, iştirakçılar ilk öncə Naxçıvan şəhərində yerləşən "Nuh Yurdu" və "Möminəxatun" türbələrini ziyarət ediblər. Ziyarət zamanı tələbələrə türbələrin tarixi və əhəmiyyəti barəsində məlumat verilib.
Daha sonra iştirakçılar Hüseyn Cavidin məqbərəsini ziyarət edib və onun ev muzeyində oldular. Hüseyn Cavidin Ev Muzeyində tələbələrə Hüseyn Cavidin yaradıcılığı və həyatı barəsində söhbət açılıb.
Həmçinin, "Nəqşicahan" layihəsinin iştirakçıları "Xalça Muzeyi"-ndə və "Ədəbiyyat Muzeyi"-ndə oldular.İştirakçılar Naxçıvanda hazırlanan xalçaları seyr ediblər.
Günün sonunda isə, tələbələr "Badamlı" mineral sular zavodunda olublar. Badamlı suyu haqqında məlumat alıb və onun istehsal olunma prosesini izləyiblər.
Bu xəbər oxucular tərəfindən 1011 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed