Şrift:
Məktəbli formaları barədə söz-söhbət səngimir
15.08.2013 [12:53] - Gündəm, Sosial
Məktəbli forması məsələsi gündəmə gəldiyi gündən, bu geyim haqqında söz-söhbətlər səngimək bilmir. Məlumata görə, məktəbli formalarının orijinaldan fərqli olaraq geydirməsi yaradılaraq istehlakçıların istifadəsinə verilib. Kustar üsulla hazırlanan məktəbli formaları həm valideynləri narahat edir.
Nailə adlı valideyn geyimlərin keyfiyyətindən və ölçülərindən razı olsa da, başqa fikirdə olanlar da var. Valideyn Əli Hüseynov geyimlərin ölçülərində problem görməsə də istehsalında çatışmazlıqlar olduğunu deyir: “Hələ almamışam , amma keyfiyyət yaxşı olmur. Köynək, kostyumun özü hiss olunur ki, aşağı keyfiyyətli materialdan hazırlanıb. Uşaqlar onların içində tərləyirlər. Yüksək keyfiyyətlisi yoxdur”.
Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov Davam.az-a açıqlamasında sezon başlayandan gün ərzində keydiyyətsiz məktəbli formaları ilə bağlı birliyə iki-üç zəngin daxil olduğunu deyir. Ekspert isə bu şikayətlərin daha çox formaların qeyri- peşəkar tikilməsi ilə bağlı olduğunu deyir. Ekspert həmçinin vurğulayır ki, bu məsələ Təhsil Nazirliyinin monopoliyasından götürülməzsə məktəbli formalarında olan problemlər də, valideyn şikayətləri də olduğu kimi qalacaq: “Hazırda məktəbli formalarının istehsalı ilə məşğul olan və ya məşğul olmaq istəyən başqa müəssisələrə qarşı xüsusi kampaniyanın keçirilməsi müşahidə olunsa da, bu haqsız rəqabətin əlaməti ilə yanaşı, nazirliyin yeyinti siyasətinin təzühürü kimi qəbul olunmalıdır”.
Ekspert həmçinin,istehsal ilə yanaşı, satışı da monopoliyaya götürmüş satış mərkəzlərində uzunmüddətli növbələr, insidentlər və bütün bunların fonunda yenə də forma ala bilməyən minlərlə şagirdin müşahidə olunduğunu bildirir. Mütəxəssis bildirir ki, keyfiyyətsiz parçadan hazırlanan bu məktəbli formaları dəri xərçəngi kimi xəstəliyin yaranmasını belə risk altına alır: “Maya dəyəri ucuz başa gələn məktəbli formalarının tikilməsində istifadə olunan tikiş materiallları keyfiyyətsiz və Çin istehsalı olan paltar materiallarıdır. Oğlan və ya qızlar üçün tikilən kostyumların astarı, astarla parça arasında əsas rol oynayan “klyoş” və sapların keyfiyyətsizliyi açıqca seçilir”.
Bakı Tikiş evinin Satış şöbəsinin rəisi Etibar Əzimov isə deyir ki, geyimlərin materiallarına söz ola bilməz: “Çox keyfiyyətli və ekoloji cəhətdən bütün standartlara cavab verirlər. Həmin parçanın ipliyi İngiltərədə yundan istehsal olunur, oradan Türkiyəyə göndərilərək BOSSA firmasında rənglənir və buraya gətirilir. Biz 45 gün əvvəldən ödəniş edirik, 45 gün ərzində həmin iplik Türkiyəyə gəlir, orda istehsal olunaraq bizə göndərilir. Bütün materiallarımız Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanılaraq təsdiq edilir. O, həmçinin "BTE"-nin məhsullarının Avropa labaratoriyalarının sertifikatına malik olduğunu bildirdi”.
Günel Cəlilova davam.az
Bu xəbər oxucular tərəfindən 974 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed