15.08.2013 [13:03] - Gündəm, Hadisə
Misir ordusu ötən gün öz xalqına qarşı soyqırım törədib. "TRT Haber" telekanalının verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ordu tərəfindən keçmiş prezident Məhəmməd Mursi tərəfindən dağıdılmasını şərh edərkən bildirib.
Ərdoğan, o cümlədən nümayişçilərin öldürülməsinin qarşısının alınması məqsədilə BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini vacib sayır.
Bundan əlavə Türkiyənin Baş naziri bildirib ki, Qərb Misirdəki qanlı hadisələr qarşısında susur. Bununla da ordunun nümayişçilərə qarşı hərəkətlərini həvəsləndirir.
Misir ordusu dünən səhərdən Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb.
Qeyri-rəsmi məlumata görə, Qahirənin Rabia Al-Adaviya meydanında keçirilən nümayişlərin dağıdılması zamanı indiyə qədər 1500-ə yaxın insan həyatını itirib, minlərlə insan isə yaralanıb.
Rəsmi məlumatlarda isə qarşıdurma nəticəsində 278 nəfərin öldüyü, mindən artıq insanın isə yaralandığı bildirilir.

Bu xəbər oxucular tərəfindən 956 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |