Şrift:
ABŞ nümayişçilərin ölümünə cavab olaraq Misirlə hərbi təlimləri ləğv edə bilər
15.08.2013 [13:22] - Gündəm, Hərb
ABŞ Misir ordusu tərəfindən nümayişçilərin dağıdılması zamanı baş verən ölüm hadisələrinə etiraz olaraq bu ölkə ilə keçiriləcək hərbi təlimlərin ləğv edilməsi məsələsini nəzərdən keçirir. Bu barədə "Əl-Ərəbiyyə" telekanalı ABŞ hökümətində olan yüksəkvəzifəli məmura istinadən məlumat verib.
Cari ildə Misir və ABŞ birgə hərbi təlimlərinin keçirilməsi planlaşdırılıb. Belə hərbi təlimlər iki ildən bir keçirilir.
Ötən gün ABŞ-ın dövlət katibi Misirdə dinc nümayişçilərin öldürülməsini pisləyib. O, ölkə hökumətini insan hüquqlarına hörmət etməyə və siyasi nizamlanma prosesinə başlamağa çağırıb.
Misir ordusu dünən səhərdən Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb.
Qeyri-rəsmi məlumata görə, Qahirənin Rabia Al-Adaviya meydanında keçirilən nümayişlərin dağıdılması zamanı indiyə qədər 1500-ə yaxın insan həyatını itirib, minlərlə insan isə yaralanıb.
Rəsmi məlumatlarda isə qarşıdurma nəticəsində 278 nəfərin öldüyü, mindən artıq insanın isə yaralandığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed