Şrift:
Nursultan Nazarbayev Azərbaycana gəlib
16.08.2013 [09:56] - Xəbərlər, Türk dünyası-Turan
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu gün Qəbələdə keçiriləcək III Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana gəlib. Bu barədə Qazaxıstanın Prezident Administrasiyasının rəsmi saytı məlumat verib.

Xatırladaq ki, dünən Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclası da keçirilib. Şura iclasının sonunda 4 ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb.

Qeyd edək ki, Şura 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən Avrasiyada sülh və stabilliyə töhfə vermək məqsədilə yaradılıb. Qurumun katibliyi İstanbulda yerləşir.
Bu xəbər oxucular tərəfindən 802 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed