Şrift:
“Rusiya Milli Şura vasitəsilə Azərbaycana təzyiq edir” - AÇIQLAMA
16.08.2013 [14:16] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Rusiyanın projesi olan Milli Şura fəaliyyəti iflasa uğradığından, indi bu qurumdakılar fiaskonu ört-basdır etmək üçün yeni bir olayla bu biabırçılığın üstündən yan keçmək istəyirlər.

Bunu Avropa.info-ya açılamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət vəkili Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, baş verənləri ört-basdır etmək mümkün olmayacaq: “Çünki baş verənlər artıq ortadadır. Ona görə də inanmıram ki, bundan sonra bu quruma toplaşanlar gələcəkdə hansısa uğura imza ata bilsinlər.”

F.Quliyevin fikrincə, Milli Şura icazəsiz aksiayalr keçirib polislə toqquşma yaradıb adamları döydürmək və digər metodlarla məsələni başqa səmtə yönəltməklə vəziyyətdən çıxmağa və fikri yayındırmağa çalışacaq : “ Yəni onların indiyəqədərki fəaliyəti çox qəbahətli idi. Uzun illər Azərbaycan siyasətində olub, özlərini millətin və dövlətin maraqlarının müdafiəçisi kimi göstərən, eyni zamanda 20 yanvar və Xocalı faciəsi kimi hadisələri yaşayan insanlar kürsüyə görə istənilən vaxt Azərbaycan maraqlarınlın qurban verməyə hazırdırlar”.
F.Quliyev bunun bariz nümunəsi kimi, Rusiya prezidentinin Azərbaycana səfəri və əldə olunan razılıqları misal göstərib. O bildirib ki, əgər Azərbaycan Qəbələ RLS kimi bir vacib məsələdə birmənalı mövqe ortaya qoyaraq geri çəkilmədisə, amma bu dəfə bu mövqeyi nümayiş etdirə bilmədi: “Çünki daxildəki Rusiyanın maraqlarına xidmət edən qüvvələrin köməyi ilə Moskva öz istəyinə nail oldu. Məhz Milli Şuranın fəaliyyəti Azərbaycanın Rusiya ilə danışıqlarında və edilən təzyiqlərinin qarşısının alınmasında manevr imkanlarını məhdudlaşdırdı. Bunun nəticəsi olaraq Rusiya Milli Şura vasitəsi ilə Azərbaycana təzyiq edərək tam da olmasa müəyyən mənada istəyinə nail oldu. Bununla da Milli Şura Azərbaycanın milli maraqlarına zərbə vurmuş oldu”.

Millət vəkili onu da əlavə edib ki, bununla da bu şəxslər indiyədək mənimsədikləri milli-demokrat cildini hakimiyyət hərisliyinə qurban verdilər.
Avqustun 18-nə planlaşdırdığı aksiyaya gəldikdə isə F.Quliyev deyib ki, bu aksiya uğurlu olmayacaq və onlar bu aksiya ilə özlərini bir daha iflasa uğradıqlarını göstərəcəklər.

B.Hüseyn avropa.info saytı
Bu xəbər oxucular tərəfindən 1269 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed