16.08.2013 [17:05] - Gündəm, Hərb
Misir ordusu devrilmiş prezident Məhəmməd Mursi tərəfdarlarının toplaşdığı Qahirənin mərkəzinə ağır zirehli texnika yeritməyə başlayıb. Bu barədə "Anadolu" agentliyi bildirib.
Bildirilir ki, tanklar və xüsusi texnika Qahirənin mərkəzinə İsmayilliyə və Suveyş əyalətlərindən gətirilir.
"Müsəlman-Qardaşları" Qahirədə avqustun 16-da cümə namazından sonra yeni çoxmilyonluq etiraz aksiyaları keçirmək niyyətindədir. "Cümə qəzəbi" adlı yürüşlər Qahirənin bütün məscidlərində namazın qılınmasından sonra başlanacaq.
Misir ordusu çərşənbə günü səhər saatlarından etibarən Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb.
Qeyri-rəsmi məlumata görə, Qahirənin Rabia Al-Adaviya meydanında keçirilən nümayişlərin dağıdılması zamanı indiyə qədər 1500-ə yaxın insan həyatını itirib, minlərlə insan isə yaralanıb.
Rəsmi məlumatlarda isə qarşıdurma nəticəsində 638 nəfərin öldüyü, mindən artıq insanın isə yaralandığı bildirilir.

Bu xəbər oxucular tərəfindən 920 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |