Şrift:
Misirdə qarşıdurmalar zamanı ölənlərin sayı 120 nəfəri keçib
17.08.2013 [10:52] - Gündəm, Hərb
Misirin devrilmiş prezidenti Məhəmməd Mursi tərəfdarlarının nümayişlərinin ölkənin təhlükəsizlik qüvvələri tərəfindən dağıdılması nəticəsində son məlumatlara görə, ölənlərin sayı 129 nəfərə çatıb. Bu barədə "Anadolu" agentliyi bildirib.
Həmçinin 377 nəfərin yaralanması barədə məlumat verilir.
"Müsəlman-Qardaşları" Qahirədə ötən gün namazından sonra yeni çoxmilyonluq etiraz aksiyaları keçirmək niyyətindədir. "Cümə qəzəbi" adlı yürüşlər Qahirənin bütün məscidlərində namazın qılınmasından sonra başlanıb.
Misir ordusu çərşənbə günü səhər saatlarından etibarən Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb.
Bu xəbər oxucular tərəfindən 915 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed