Şrift:
Risk qrupuna daxil olan və meteohəssas insanlara xəbərdarlıq
17.08.2013 [12:00] - Xəbərlər, Sağlıq
Bu gün risk qrupuna daxil olan insanların əksəriyyəti -xroniki xəstələr, yaşlı insanlar və uşaqlar və meteohəssas insanlar geomaqnit dalğalarının tərəddüdü, meteoşəraitin tez-tez dəyişməsi ilə ilə əlaqədar diskomfort hiss edəcəklər.
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, belə kosmik havanın sağlam insanlara heç bir zərəri gözlənilmir və onların bundan narahat olmasına əsas yoxdur. Ancaq risk qrupuna daxil olan insanların bu gün həkimin məsləhəti ilə profilaktik tədbirlər görməsi məsləhət görülür. Avqustun 18 və 19-da isə kosmik hava ilə bağlı problem olmayacaq.
Rəsədxanadan bildirilib ki, ümumilikdə avqustun 17-də planetin geomaqnit durumu tərəddüdlü olacaq. Avqustun 17-də baş verən tərəddüdlərin səbəbi Günəşdə baş verən növbəti partlayış nəticəsində yüksək sürətli plazma küləkləridir.
Bu xəbər oxucular tərəfindən 1277 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed