17.08.2013 [12:03] - Gündəm, Hüquq
2013-ci ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 6904 inzibati qanun pozuntusu aşkar edilib. Bu barədə şənbə günü DGK-nın yaydığı hesabatda deyilir.
Onlardan 72-i qanunsuz keçməyə cəhd, 136-i əşya, mal və ya pul vəsaitlərinin gizli keçirilməsi, 5879-u isə sənədlərin təqdim edilməməsi ilə bağlıdır.
Hesabat dövrü ərzində cinayət xarakterli gömrük qanunvericiliyinin pozulması üzrə 192 fakt qeydə alınıb. Məlumata görə, 130 fakt qaçaqmalçılıqla, 88-i isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub.
Hesabat dövründə 89,54 kiloqram narkotik vasitə ələ keçirilib. Həmçinin aksiz markası olmayan 7 malın idxalı faktı qeydə alınıb.
Bu faktlar üzrə yanvar-iyun aylarında şübhəli şəxs qismində 222 nəfər saxlanılıb.

Bu xəbər oxucular tərəfindən 1026 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |