Şrift:
Bölgələrdən gələn tələbələri Bakıda hansı qiymətdə və şəraitdə kirayə evlər gözləyir?
17.08.2013 [12:49] - Gündəm, Sosial
Təxminən bir aydan sonra 2013-2014-cu tədris ilinə start veriləcək. Orta məktəb şagirdlərindən fərqli olaraq, ali məktəblərin tələbələri və onların valideynlərinin təhsil qayğılarına bir də kirayə ev tutmaq problemi əlavə olunur. Yeni dərs ilinin astanasında tələbə və valideynlərin qayğısı bölgələrimizdən gələn tələbələrin Bakıda yerləşməsi məsələsini aktuallaşdırır.
Kirayə ev verənlər bu mövsümü səbirsizliklə gözləyir. Bu aylarlarda kirayə ev qiyməti hər il olduğu kimi yüksək olur.
Maklerliklə məşğul olan Maarif Hüseynov deyir ki, son günlər qiymətlərin qalxması tələbələrin paytaxta axını ilə bağlıdır: “Bahalaşmaya normal baxıram. Hazırda Bakıya tələbə axını çoxdur. Ona görə də kirayə evlərə tələbat artıb. Bu da bahalaşmaya səbəb olur. Bahalaşmanın səbəbkarı isə maklerlər deyil, kirayə ev verənlərdir. Çünki onlar evlərini dərs mövsümündə baha qiymətə verəcəyi günü səbirsizliklə gözləyirlər“.

Maklerin sözlərinə görə, evlərdə artım qiyməti var: "Həyət evlərində, bina evlərində lap çox artım var. Əvvələr 150-200 manata ev tapırdınsa, indi bu qiymətə ev tapmaq mümkün deyil".
Bəzi tələblər isə imkansızlığı nəzərə alaraq bir otaqda 5 nəfər qalmalı olurlar: “Bəzi evlər tələbənin sayına görə evi verir məsələn, 5 nəfər tələbə bir yerdə qalır hərəsi 50 manat ödəyir”.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə, ümumi bazar qiymətləri üzrə həm kirayə evlərin qiymətlərində artım var, həm də kirayə bazarında aktivlik artıb. Qiymətlər isə orta qiymətdən aşağı olan mənzillər, yəni ucuz mənzillərdə daha çox artıb. Burada qiymətlər əvvələki aylarla müqayisədə 8% artıb.
N.İbrahimovun fikrincə, bahalaşma mövsumi ayların başlanması ilə bağlıdır: “Təhsil ayının başlanması da buna xeyli təsir edib. Baş direktor deyir ki, Bakının müxtəlif zonalarda artım müxtəlifdir. Elə yerlər var ki, əksinə, azalma var. İnfrasturuktur cəhətdən inkişaf etmiş yerlərdə, metro yaxınlığında, nəqliyyata və təhsil ocaqlarına yaxın yerlədə qiymət artımı daha çoxdur. Tələbə üçün əlçatmaz yerlərdə isə bahalaşma müşahidə edilmir, bəzi yerlərdə hətta ucuzlaşma da var.
Aytən İsaqızı
Bu xəbər oxucular tərəfindən 830 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed