Şrift:
Qarabağ”- “Ayntraxt” matçının Bakıda keçiriləcək oyunun əsas sponsoru “Bizim Tarla” markasıdır
20.08.2013 [14:07] - İdman
Qarabağ”- Ayntraxt matçının Bakıda keçiriləcək oyunun əsas sponsoru Bizim Tarla markasıdır



“Qarabağ”la Almaniya “Ayntraxt”ı arasında avqustun 22-də Bakıda baş tutacaq Avropa Liqasının ilk matçının sponsoru “Azersun Holding” Şirkətlər Qrupunun “Bizim Tarla” markasıdır.


“Azersun Holding”dən verilən məlumata görə, ağdamlılar bu qarşılaşmada qalib gələrək səfər oyununa yüksək əhval-ruhiyyə ilə getmək niyyətindədir: “Rəqib nə qədər güclü olsa da, "Qarabağ"ın cari uğurları qələbənin real olduğunu göstərir. Komandamız bu mövsüm Avroliqada ən çox xal toplayan 3 komandadan biridir. Ona görə də, bütün azərbaycanlılar “Qarabağ”dan zəfər gözləyir. Biz inanırıq ki, hər kəs "Qarabağ"ın gücünü, qüdrətini görəcək. İlk oyundakı qələbə çox vacibdir. Bu qələbə komandamızın “Ayntraxt”la avqustun 29-da Almaniyada baş tutacaq cavab qarşılaşmasında uğurunun təməlini qoyacaq. "Qarabağ"ın uğurlu nəticə əldə etməsi üçün ruhunu meydana qoyacağı heç kimdə şübhə doğurmur”.



Qeyd edək ki, komandamızın Almaniyadakı oyunun himayədarı isə “Final” markası olacaq.
Bu xəbər oxucular tərəfindən 1092 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed