20.08.2013 [14:30] - Gündəm, Sosial
Təhsil Nazirliyi gənclərin hansı ixtisaslara daha çox maraq göstərməsi ilə bağlı məsələyə aydınlıq gətirib.Təhsil Nazirliyinin saytının verdiyi xəbərə görə, TQDK-nın 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə əsasən hər bir ixtisas üzrə müsabiqə vəziyyəti təkcə həmin ixtisası seçən abituriyentlərin sayından deyil, həm də həmin ixtisas üçün ayrılan plan yerlərinin miqdarından asılı olur.
Bir qayda olaraq, abituriyentlərin sayının artması müsabiqənin artmasına, plan yerlərinin artması isə müsabiqənin azalmasına səbəb olur. Bu baxımdan müsabiqə vəziyyəti ixtisasın nüfuzu səviyyəsini tam ifadə edə bilməz. Nəzərə alsaq ki, ərizədə birinci yerdə göstərilən ixtisas abituriyentin istəyinə ən çox uyğun olandır, deməli, ixtisasın nüfuzunu həmin ixtisasın abituriyent ərizələrində birinci yerdə göstərilməsinin sayı əsasında müəyyənləşdirmək daha düzgün olar. Bu qayda ilə hər qrupun ən nüfuzlu ixtisası müəyyənləşdirilib.
Bu il Azərbaycan bölməsində I qrupda abituriyentlər ən çox Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi", II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə", III qrupda Bakı Dövlət Universitetinin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", IV qrupda Azərbaycan Tibb Universitetinin "Müalicə işi" ixtisaslarına üstünlük veriblər. I, II və IV qruplarda rus bölməsində bu il abituriyentlərin seçimi Azərbaycan bölməsi ilə eyni olub. III qrupda isə rus bölməsinin abituriyentləri Azərbaycan Dillər Universitetinin "Xarici dil müəllimliyi (ingilis dili)" ixtisasına daha çox üstünlük veriblər. Tələbat olan ixtisaslara gənclərin marağının artırılması məsələsi ali təhsil müəssisələrinin üzərinə düşür. Məhz ali təhsil müəssisələri kadr hazırlığı apardıqları ixtisaslar haqqında məlumatı ictimaiyyətə mütəmadi olaraq müxtəlif vasitələrlə çatdırmalı, həmin ixtisasların maraqlı tərəflərini izah etməlidirlər.
Hazırda əmək bazarında ixtisaslar üzrə dövlət sifarişini nəzərə alsaq, tələbat müəllimlik, menecment, iqtisadiyyat, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, sənayenin təşkili və idarə olunması, müalicə işi, kompüter elmləri, biznesin idarə olunması, mühasibat uçotu və audit, dünya iqtisadiyyatı və digər ixtisaslara daha çoxdur.

Bu xəbər oxucular tərəfindən 1068 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |