Şrift:
Günəş tutulmasının Azərbaycanda insanlara təsiri açıqlanıb
22.11.2011 [10:00] - Gündəm
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev noyabrın 25-də baş verəcək Günəş tutulması ilə əlaqədar insanlarda narahatlıq hissinin yaranmasına əsas görmür. Ə.Quliyev bildirib ki, Günəş tutulması hər il baş verir.

"Günəş tutulması ilə əlaqədar insanlarda narahatlıq hissinin yaranmasına əsas yoxdur. Bu hadisə ildə ən azı 2 dəfə qeydə alınır. Belə tutulmaların indiyədək hansısa təsirinin olduğu aşkar edilməyib", - Quliyev əlavə edib.

Rəsədxana direktoru bildirib ki, noyabrın 25-də baş verəcək Günəş tutulmasını Azərbaycandan müşahidə etmək mümkün olmayacaq. Bu hadisə Cənubi Afrika, Antarktida, Yeni Zelandiya tərəfdən görünəcək.

Noyabrın 25-də qismən Günəş tutulması olacağını xatırladan Quliyev dekabrın 10-da tam Ay tutulmasının olacağını da söyləyib.

Direktor bu astronomik hadisənin Azərbaycan ərazisindən də görünəcəyini diqqətə çatıdırıb.
Bu xəbər oxucular tərəfindən 912 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed