21.08.2013 [12:52] - Gündəm, Sosial
Azərbaycanda gənclər üçün Türkiyədə Yaradılan Toplu Evlər İdarəsi (TOKİ) ev sisteminə bənzər mənzillər tikilə bilər.
Bu barədə “ Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirib ki, bu təklif Nazirliyin “Facebook” sosial şəbəkəsində keçirdiyi ictimai sorğu əsasında gənclər tərəfindən irəli sürülüb və nəzərdən keçiriləcək.
“Qeyd edim ki, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda gənclərin yaşayış-mənzil probleminin həlli ilə bağlı təkliflərin verilməsi nəzərdə tutulub. O cümlədən bu təklifin də nəzərdən keçirilməsi istisna edilmir. Biz bununla bağlı gənclərin təkliflərini və təşəbbüslərini yüksək qiymətləndirir və alqışlayırıq ”,- deyə Qabil Mehdiyev bəyan edib.
Qeyd edək ki, TOKİ Türkiyənin orta və aşağı gəlirli əhalisini mənzillə təmin etməyi əsas hədəf götürüb. Layihə aşağı və orta gəlirli vətəndaşların kirayə pulu ödəmək əvəzinə öz mənzillərinin pulunu ödəyərək onları mənzil sahibi edir. TOKİ 2023-cü ilə kimi Türkiyədə 1 mln. mənzil tikməyi planlaşdırıb. İdarə Türkiyə Baş Nazirliyinə tabedir.

Bu xəbər oxucular tərəfindən 962 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |