Şrift:
Azərbaycanda bu ilin ilk yarısında 59 min yeni iş yeri açılıb
21.08.2013 [13:16] - Sosial
Azərbaycanda 2013-cü ilin ilk yarım ili ərzində 58 714 yeni, o cümlədən 44 748 daimi iş yeri açılıb.


Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.



Məlumata əsasən, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci Dövlət Proqramının icrasını əhatə edən 2009-cu ilin yanvarın 1-dən bu ilin iyunun 1-nə qədər olan dövr ərzində isə ümumilikdə 419 802 olmaqla, 320 022 da­imi iş yeri yaradılıb. Cari ilin yanvar-iyun aylarında açılmış daimi iş yerlərinin 10,2%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 14,8%-i mövcud müəssisə və təş­kilatlarda, 0,3%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 74,7%-i isə fiziki şəxslər tərəfindən yaradılıb.



Yeni iş yerlərinin 72,7%-i regionların, o cümlədən 20,3%-i Aran, 16,0%-i Gəncə-Qazax, 8,2%-i Abşeron, 7,6%-i Lənkəran, 4,5%-i Dağlıq Şirvan, 4,7%-i Şəki-Zaqatala, 4,1%-i Quba-Xaçmaz, 3,7%-i Yuxarı Qarabağ, 2,3%-i Naxçıvan, 1,3%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.



Yanvar-iyun ayları ərzində 95,5%-i özəl sektorda açılmış yeni iş yerlərindən daimi iş yerləri tam olaraq qeyri-neft sektorunda, o cümlədən, 6,6%-i tikinti, 4,2%-i emal sənayesi, 3,0%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 1,5%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 0,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,8%-i peşə, elmi və texniki fəaliyyət, 1,0%-i maliyyə və sığorta fəaliyyəti, 0,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, eləcə də digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılıb.
Bu xəbər oxucular tərəfindən 846 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed