21.08.2013 [14:16] - Türk dünyası-Turan
Görkəmli tarixçi bu titullara türk xalqlarının ümumi tarixinin, mədəniyyətinin və adət-ənənələrinin araşdırılmasında verdiyi töhfələrə görə layiq görülüb.
Bakı Dövlət Universitetinin professoru Süleyman Əliyarlı Ümumdünya Türk Xalqları Konqresinin (prezidenti general Yəhya Yusif Caniyar) fəxri prezidenti və Ağsaqqallar Şurasının sədri seçilib. O, eyni zamanda Türk Dünyası Araşdırmalar Akademiyasının (prezidentləri doktor-professorlar Həsən Əhməd və Məlahət Ecevit) akademiki seçilib.
Hər iki qurumun diplomları avqustun 17-də Bakıda Yəhya Yusif Caniyar tərəfindən Süleyman Əliyarlıya təqdim edilib.
Professor Əliyarlı bu titullara türk xalqlarının ümumi tarixinin, mədəniyyətinin və adət-ənənələrinin araşdırılmasında verdiyi töhfələrə görə layiq görülüb.
Süleyman Əliyarlı 1930-cu il dekabrın 18-də Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. 1954-cü ildə Moskva Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib.
Əliyarlı 1969-cu ildə Azərbaycanın Rusiyaya "könüllü birləşməsi" tezisinə qarşı çıxıb, onun işğal edilməsini, Rusiya metropoliyasının iqtisadi müstəmləkəsinə çevrildiyini yazıb və Azərbaycan Kommunist Partiyasının təqiblərinə məruz qalıb.
1983-84-cü illərdə Azərbaycan etnogenezinin ümumtürk tarixi köklərə dayandığını araşdıraraq çap etdirib Moskva və Bakı retroqradlarının hücumları ilə üzləşib.
1989-2000 illərdə Azərbaycan Milli Məclisinin Yer Adları (Toponimiya) Komissiyasına başçılıq edib, 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü olub.
2000-ci ildə Türk Tarix Qurumunun fəxri üzvü seçilib
Türkcə və ingiliscə çap olunan (Ankara, 2002) 26 cildlik "Türklər" ensiklopedik əsərin redaksiya heyətinin üzvü və müəlliflərindən biridir.
Süleyman Əliyarlı 150-dən çox elmi məqalə, 7 monoqrafiya, 8 kitab müəllifidir.

Bu xəbər oxucular tərəfindən 954 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |