Şrift:
MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin Prezidentliyə namizədliyi üçün imzaların toplanmasına maneələr yaradılır.
22.08.2013 [11:10] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycan Respublikasının Seçki məcəlləsi”nin tələblərinə uyğun olaraq Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyevin namizədliyinin qeydiyyata alınması üçün Ağdam rayon Üç oğlan kəndində imza toplayan MDHP üzvülərinə kəndin İcra Nümayəndəsi Əliyev Asif Səhrad oğlu tərəfindən müdaxilə edilərək, maneçilik törədilmişdir. İcra Nümayəndəsi səlahiyyət həddini aşaraq “məndən icazə almadan imza toplamaq qadağandır” deyə bildirmişdir.
İmza toplamaq üçün MDHP tərəfindən görəvləndirilmiş MDHP üzvüləri qanunun tələblərini izah etmələrinə və İmza toplamaq üçün təlimatı İcra Nümayəndəsinə göstərmələrinə baxmayaraq İcra Nümayəndəsi Asif Əliyev imza toplanmasına imkan verməyib.
20 avqust tarixində saat 19.30 radələrində baş verən qanun pozuntusu ilə bağlı Fərəc bəyin səlahiyyətli Nümayəndəsi MSK-ya müraciət edib.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1583 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed