Şrift:
Füzuli və Cəbrayılsız 20 il oldu!
23.08.2013 [12:30] - Xəbərlər, Gündəm
Bu gün (Avqustun 23-ü) Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının (şəhər, məntəqə) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 20 il ötür.

1993-cü il avqustun 23-də rayon mərkəzi və 51 kənd işğal olunub.

Füzulinin ümumi sahəsi 1386 kv.km-dir (kilometr-i murəbbədir).

İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri və zöhrəvi xəstəlikləri dispanseri (muqarebəti mərizliklərin dərmanqahı), 20 kinoqurğu (film vahidi), texnikum (fənni mədrəsə), 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz (cəm`i və dövlət əraziləri), 12 fermer təsərrüfatı və s. obyektləri fəaliyyət göstərib.

Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq həmin qəsəbələrdə yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.

Bu gün həm də Cəbrayıl rayonunun işğal olunduğu gündür. 105 min kv.km-ə yaxın ərazisi olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb.

Rayon işğal olunarkən 250 nəfərə yaxın adam həlak olub, 91 nəfər itkin düşüb, 177 nəfər əlil olub.
Bu xəbər oxucular tərəfindən 974 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed