Şrift:
ATƏT-in Uzunmüddətli müşahidə missiyası avqustun 26-da fəaliyyətə başlayacaq
23.08.2013 [13:30] - Xəbərlər, Gündəm
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək uzunmüddətli müşahidə missiyası gələn həftə fəaliyyətə başlayacaq.


Bunu ATƏT-in Bakı Ofisinin rəhbəri Koral Tarqay deyib.



Onun sözlərinə görə, missiyanın ofisi avqustun 26-da açılacaq. Uzun müddətli missiyanın tərkibində Azərbaycana 30 nəfər gələcək. Bundan əlavə, 50-55 nəfərdən ibarət yardımçı heyət olacaq.



Səfir deyib ki, seçki günü prosesləri izləyəcək qısamüddətli ATƏT missiyası isə 180 nəfərdən ibarət olacaq.



Uzunmüddətli müşahidə missiyası ölkədə seçki öncəsi vəziyyətin monitorinqini aparacaq.
Bu xəbər oxucular tərəfindən 712 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed