Şrift:
Ermənistan Müdafiə Nazirliyi iki erməni hərbçinin güllələnməsinin yeni təfərrüatlarını açıqlayıb
24.08.2013 [11:10] - Xəbərlər, Hadisə
Ermənistan Müdafiə Nazirliyi işğal altında olan Azərbaycan torpaqlarında yerləşən hərbi hissələrdən birində bir hərbçinin ölümü, digərinin yaralanması ilə bağlı insidentə dair yeni təfərrüatları açıqlayıb.

Erməni mətbuatının yaydığı məlumata görə, bu gün səhər saatlarında işğal altında olan Azərbaycan torpaqlarında yerləşən hərbi hissənin əsgərləri Norayr Petrosyan və Artur Asoyan güllələnmiş vəziyyətdə tapılıb. Hər iki şəxs tibb məntəqəsinə çatdırılıb, onlardan biri dünyasını dəyişib, Artur Asoyanın həyatı üçün isə təhlükə olmadığı bildirilir.

Ermənistan Müdafiə Nazirliyi istintaq xidməti baş verən insidentlə bağlı istintaq tədbirlərinə başlayıb.

Azərbaycan Müdafiə Nazirliyi isə bu gün səhər saatlarında erməni hərbçilər arasında atışma baş verdiyini, silahlı qarşıdurma zamanı bir neçə nəfərin öldüyü və yaralandığı barədə məlumatların olduğunu açıqlayıb.
Bu xəbər oxucular tərəfindən 1119 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed