Şrift:
ABŞ və Kanada İrana qarşı sanksiyaları sərtləşdiriblər
22.11.2011 [10:13] - Gündəm
Kanada XİN İrana qarşı yeni sanksiyalar tətbiq edib. Kanada XİN başçısı Con Berdin sözlərinə görə, onun ölkəsi İran hökuməti ilə maliyyə əməliyyatlarına tam qadağa qoyur. Həmçinin İrana ixracı qadağan olunan malların siyahısı artırılır. Kanadaya gəlişləri qadağan olunan şəxslərin siyahısı isə artırılır.

«MAQATE-nin İranın nüvə proqramı ilə bağlı hesabatı göstərir ki, Tehran rejimi sülh və təhlükəsizlik üçün daha ciddi təhlükə olmağa başlayıb. Bununla bağlı əlavə tədbirlər görməyə məcburuq», deyə Berd bildirib.

Xatırladaq ki, ABŞ da bu gün İrana qarşı sanksiyalara sərtləşdirib. ABŞ öz vətəndaşlarına və şirkətlərinə İranın neft-kimya sənayesinin nümayəndələri ilə biznes əlaqəsi qurmağı qadağan edib.
Bu xəbər oxucular tərəfindən 1087 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed