Şrift:
İşğal 300 milyard dollar ziyan vurub
24.08.2013 [12:42] - İqtisadiyyat
Əli Həsənov: Azərbaycan rayonlarının işğalının ildönümlərində dünya miqyasında aksiyalar keçirilməlidir.

«Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində dəyən ziyan 300 milyard dollarla ölçülür».Bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Füzuli və Cəbrayıl rayonlarının işğalının 20-ci ildönümü münasibətilə keçirilən mərasimdə çıxışında bildirib.
Komitə sədri deyib ki, işğal zamanı Azərbaycana dəyən ziyanın hesablanması prosesinə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, Rusiyadan olan hesablama qurumları da cəlb olunub.
Baş nazirin müavini qeyd edib ki, əgər Ermənistan qeyri-konstruktiv mövqeyindən geri çəkilməsə, Azərbaycan bunu təzminat kimi tələb edəcək: «Bu günə qədər qaçqın və məcburi köçkünlərin sayı 1 milyon qeyd olunurdusa, bundan sonra prezidentin düzəlişi ilə bu rəqəm 1 milyon 200 min kimi göstərilməlidir. Bu, Azərbaycanda əhalinin təbii artımınna əsaslanır».
Onun sözlərinə görə, rayonlarımızın işğalı günlərində tədbirlərin keçirilmə metodologiyasını dəyişmək lazımdır: «Belə günlərdə ermənilərin törətdiyi əməllərə qarşı böyük aksiyalar təşkil olunmalıdır».
O deyib ki, işğal günlərində Ermənistanın separatçı-şovinist siyasətinə qarşı dünya miqyasında aksiyalara start verilməlidir: «Hökumət tərəfindən də belə bir təklif hazırlayacağıq. Hesab edirəm ki, işğal günlərində Azərbaycanın xaricdəki səfirlikləri, diaspora nümayəndələri, Azərbaycan ictimaiyyəti bütün dünyaya səs salan təbliğat aparmalıdır. Dünya ictimaiyyəti mütəmadi məlumatlandırılmalıdır ki, beynəlxalq aləm erməni şovinizmi haqda bilgili olsun».
Ə. Həsənov bildirib ki, işğal günlərinin bu şəkildə qeyd olunması daha düzgün, effektli və təsirli olar.
Bu xəbər oxucular tərəfindən 1392 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed