Şrift:
Türkiyə və Qətər Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər
24.08.2013 [13:51] - Xəbərlər, Türk dünyası-Turan
Avqustun 24-də Qətərin xarici işlər naziri Xalid Məhəmməd Əl-Atıya Türkiyəyə rəsmi səfərə gələcək. Bu barədə Türkiyə XİN-in rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Məlumata görə, Əl-Atıyanın səfər zamanı bir sıra görüşlər keçirəcəyi, o cümlədən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşəcəyi gözlənilir.
Səfərin gedişində tərəflər Misir və Suriyadakı vəziyyəti, eləcə də Qətər və Türkiyə arasındakı ikitərəfli münasibətləri müzakirə edəcəklər.
Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed