26.08.2013 [13:54] - Gündəm, Hadisə
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Bulla-dəniz" yatağında yanan axtarış quyusunun söndürülməsi çərçivəsində vacib texniki işlər həyata keçirir. Trend-in məlumatına görə, bu abrədə bazar ertəsi jurnalistlərə ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məlikov bildirib.
Onun sözlərinə görə, yanğın hələ söndürülməyib və bu istiqamətdə aktiv işlər aparılır.
Qeyd edək ki, avqustun 17-də gecə saat 23 radələrində 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Kəsilişə görə bu dərinlik məhsuldar qatın VIII horizontunun ortasına uygun gəlir. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq, gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər təxliyyə olunaraq sahilə çıxarılıb.

Bu xəbər oxucular tərəfindən 854 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |