Şrift:
Ermənistanda saxlanılan azərbaycanlı əsirdən xəbər var
26.08.2013 [14:14] - Xəbərlər, Hərb
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər. Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova bildirib.
BQXK rəsmisinin sözlərinə görə, başçəkmə zamanı azərbaycanlı əsirə onun ailəsi barədə məlumat verilib, eyni zamanda əsirdən ailəsinə çatdırılmaq üçün məlumat götürülüb.
Qeyd edək ki, 10 gün öncə Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Draqan Rankoviçlə görüşündə demişdi ki, Ermənistanda saxlanan azərbaycanlı əsir Firuz Fərəcov ölkəsinə qayıtmaq istədiyini bildirib.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu bu ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.
Bu xəbər oxucular tərəfindən 1368 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed